Netanyahu: Girovların azadlığı qarşısılığında müvəqqəti atəşkəsi qəbul edirik
Sionist rejim baş naziri Girovların azadlığı qarşısılığında müvəqqəti atəşkəsi qəbul etdiyini deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, 7 oktyabrdan bu günə qədər Qəzzədə 11 mindən çox fələstinlinin şəhid olmasına baxmayaraq Benyamin Netanyahu ən az tələfatın verilməsi üçün səy göstərdiklərini iddia edib.
Netanyahu deyib: Biz girovlarımızı təhvil alarıqsa, müvəqqəti atəşkəs bərqərar olacaq və biz quru hücumlarına qədər bu vəziyyətə daha yaxınıq.
Sionist rejimin terrorçu mahiyyətini unudaraq müqavimət qüvvələrini terrorçu adlandıran Netanyahu iddia edib: Terrorizmin qarşısını almaq üçün Qəzzənin hərbi məsuliyyətini üzərimizə götürmək üçün yolları araşdırırıq. Biz Qəzzəni işğal etmək istəmirik.
İsrailin baş naziri bir daha sionist girovların Əl Şəfa xətəxanasında saxlanıldığını da iddia edərək deyib ki, Həmas silahlarını xəstəxana zirzəmilərində saxlayır. Qəzzənin ən böyük Əl Şəfa xəstəxanası altındakı tunellərdə qərargahı vasitəsilə İsrail üçün hərbi hücum mərkəzindən qərarlar verir. Əlbəttə xəstəxana işçiləri də bunu təkzib edirlər.