Netanyahu: Həyat yoldaşım və mən ruhi xəstə deyilik

Netanyahu: Həyat yoldaşım və mən ruhi xəstə deyilik

İsrailin keçmiş baş naziri bazar günü məhkəmədə ona və ailəsinə qarşı ruhi xəstə olmaları ilə bağlı ittihamları rədd edib.

İsrailin keçmiş baş naziri Benyamin Netanyahu, həyat yoldaşı Sara və oğulları Yair İsrailin keçmiş baş naziri Ehud Olmertin Netanyahu və ailəsinin ruhi xəstə olması və gündəlik psixoterapiya keçməsi ilə bağlı iddialarını rədd ediblər.

Netanyahu bu sözləri Tel-Əvivdəki məhkəmə prosesi zamanı deyib və o, Olmerti böhtan və təhqirə görə məhkəməyə verib.

 “O, məni ruhi xəstə olmaqda ittiham edir və mənim sağlam olduğumu və insanlara sosial yardımçı kimi yanaşdığımı çox yaxşı bilir.” – Netanyahu bildirib.

Olmert Netanyahunun baş nazir kimi fəaliyyəti ilə bağlı siyasi debatlar zamanı dəfələrlə Netanyahu və ailəsini dəli kimi təsvir edib.

 “Netanyahu keçmişdə və baş nazir kimi mənimlə üz-üzə gələndə yalan və yanlış məlumatlardan istifadə edib. Amma o, hakimiyyətə gələndən sonra onun qəribə xasiyyəti üzə çıxdı, həyat yoldaşı və oğlu dövlət işlərinə qəribə şəkildə qarışaraq onların ağlını şübhə altına aldı.” – deyə, Olmert bildirib.

Bu sözlərdən sonra Netanyahunun ailəsi Olmertə qarşı məhkəməyə müraciət edərək 303 min dollar təzminat tələb edib.

Olmertin vəkili dünənki iclasda müvəkkilini müdafiə etməyə çalışıb və məhkəməyə bildirib ki, Netanyahunun ailəsi xəstəliklərini müalicə etmək üçün dərman atır, Benyamin Netanyahu isə bunu şiddətlə təkzib edib və Sara Netanyahu tez reaksiya verib: “Mən ruhi xəstə deyiləm, əksinə uşaq psixiatrıyam.” – deyib.

Netanyahu məhkəmədə “Olmert sözləri ilə iki səhv etdi” deyib. O, mənim ailəmlə bağlı reallığı insanların qarşısında təhrif etməyə çalışıb, digər tərəfdən də ruhi xəstələri ələ salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =