Netanyahu: Heç bir təzyiq İsrailin HƏMAS-ı məğlub etməsinə mane olmayacaq
İsrail istənilən halda radikal HƏMAS hərəkatını məğlub etmək üçün Qəzza zolağında qarşıya qoyulan bütün məqsədlərə nail olmaq niyyətindədir.
APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“İsrail bütün məqsədlərə nail olmadan müharibəni dayandırmaq üçün daxildə və xaricdə güclü təzyiq altındadır” – hökumət başçısı bildirib.
Bununla belə, Baş nazir əmindir ki, İsrailin yolunda hər hansı maneə bu ölkənin əməliyyatı həyata keçirməsinə mane olmayacaq.
“Biz bütün məqsədlərinə çatana qədər müharibəni davam etdirmək əzmindəyik”, – Netanyahu bildirib.
Onun sözlərinə görə, əməliyyatın məqsədlərinə təkcə HƏMAS-ın məhv edilməsi deyil, həm də oğurlanmış bütün vətəndaşların azad edilməsi və Qəzza zolağının bundan sonra İsrail üçün təhlükə yaratmayacağına zəmanət də daxildir.