Netanyahu Hizbullahla müharibədən qorxur

Netanyahu Hizbullahla müharibədən qorxur

Sionist rejim mediaları ABŞ mənbələrinin əksinə olaraq baş nazir Netanyahunun Livan Hizbullahı ilə müharibədən qorxduğunu, Qəzzə müharibəsi ilə eyni zamanda yeni müharibə cəbhəsi açmaqdan çəkindiyini yazırlar.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejimin bir neçə media vasitəsi yazır: Netanyahu nazirlər kabineti yaratdığı gündən Livanla müharibəni istəmir və bu məsələnin açılmasından belə çəkinirdi.

Haaretsin məlumatına görə adının çəkilməsini istəməyən yüksək rütbəli İsrail rəsmiləri Wall Street Journal-ın əksinə olaraq deyiblər ki, baş nazir yeni müharibə cəbhəsinin açılmasından qorxduğu üçün 11 oktyabrda Livana hücum etmədi. Əlbəttə Beni Qants, Gadi Ayzenkut kimi kabinet üzvləri də onu dəstəkləyərək müharibənin yalnız Həmasla fokuslaşmasını vurğulamışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 10 =