Netanyahu hökuməti HƏMAS üzvlərinə milyonlarla dollar və təhlükəsiz keçid vəd edib
2023-cü il 7 oktyabr HƏMAS-ın hücumundan sonra 5 gün ərzində təşkilatı məhv edəcəyini və əsir düşən vətəndaşlarının azad ediləcəyini söyləyən Benyamin Netanyahu hökuməti Qəzza zolağına hücumlarının 395 gündürndə məhbusların azad edilməsi üçün alternativ yol düşünüb.
İsrail mətbuatında yer alan xəbərlərdə Baş nazir Qəzza zolağında israilli məhbusların azad edilməsi qarşılığında HƏMAS üzvlərinə milyonlarla dollar və təhlükəsiz keçid zəmanəti verdiyi iddia edilib.
Mətbuatda yayılan xəbərlərdə Netanyahunun bu axşam keçirilən təhlükəsizlik şurasının iclasında HƏMAS üzvlərinə azadlığa buraxılan hər məhbus üçün milyonlarla dollar və onlara Qəzza zolağından ailələri ilə birlikdə təhlükəsiz keçid zəmanəti verilməsi barədə göstəriş verdiyi bildirilib.
İsrail hökuməti iddialarla bağlı heç bir açıqlama verməyib.