Netanyahu: İranı cilovlamaq üçün Səudiyyə Ərəbistanı ilə əlaqələr quracağıq

Netanyahu: İranı cilovlamaq üçün Səudiyyə Ərəbistanı ilə əlaqələr quracağıq

Sionist rejimin baş naziri elan edib ki, bu rejim İranı cilovlamaq üçün Səudiyyə Ərəbistanı ilə əlaqələr qurmağa çalışır.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bu gün (bazar ertəsi) işğal olunmuş Qüdsdə Amerika yəhudi təşkilatlarının rəhbərlərinin konfransında Səudiyyə Ərəbistanı hökuməti ilə əlaqələrin qurulmasını ictimailəşdirməyi yüksək qiymətləndirib.

 “Şahab News” saytının məlumatına görə, siyasi böhrana qərq olan Netanyahu ərəb dünyasının “İran təhlükəsi ilə mübarizəni” prioritet hesab etdiyini və  həmin səbəbdən bu ölkələrin İsraillə yaxınlaşdığını iddia edib.

Görünən odur ki, Netanyahu ərəb dünyasını bir neçə kompromis ölkəsi adlandırır və ərəb dünyasındakı sionizm nifrət dalğasını görməzdən gəlir.

Sionist rejimin baş naziri daha sonra Səudiyyə hökuməti ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində atılan addımlara işarə edərək, Ər-Riyadla əlaqələrin qurulmasının “İsrailin Yaxın Şərqdəki mövqeyi üçün tarixi hadisə olduğunu” iddia edib.

O, əlavə edib: “Biz İranın təhdidlərinin qarşısını almaq məqsədilə Səudiyyə Ərəbistanı ilə yaxşı əlaqələr qurmağa doğru irəliləyirik və bu iki məqsəd İranı cilovlamaq üçün bir-biri ilə sıx bağlıdır.”

Netanyahu sionist rejim ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin iqtisadi perspektivinə də toxunaraq deyib: İqtisadi imkanlardan biri İordaniya tərəfdən dəmir yolu vasitəsilə Ərəbistan yarımadasının Hayfa limanına birləşdirilməsidir.

Bu layihənin bir hissəsi Hayfa və Beyti-Şundan keçən Osmanlı dövründəki dəmir yolu xətlərinə yönəldiləcək.

O, həmçinin bildirib ki, Tel-Əviv və Ər-Riyad arasında əlaqələr qurularsa, neft kəməri Aralıq dənizinə daxil olmaq üçün Qırmızı dənizi keçmək əvəzinə, işğal altındakı Fələstindən keçə bilər.

Sionist rejimin mənfur baş naziri daha sonra Ər-Riyad və Tel-Əviv arasında uzlaşma sazişinin siyasi nəticələrinə toxunaraq iddia edib:

 “İsrail heç vaxt Aralıq dənizinin şərqində onunla müttəfiq olmayan ölkələrlə təcrid olunmuş bir ölkə olmayıb, əksinə mühüm ərəb ölkələri ilə fəal geosiyasi ittifaqa malikdir və bu məsələ son nəticədə bizim fələstinlilərlə münaqişəmizə son qoyacaq.

Netanyahunun sionist rejimin bölgədəki mövqeyi və Fələstin məsələsinin həlli ilə bağlı iddiası kompromis razılaşmalarına əsaslanır.

Bir müddət əvvəl Haaretz qəzeti bir xəbərdə bu razılaşmaların Fələstin məsələsini həll etmədən bu rejimin ərəb bölgəsində inteqrasiyasına və mövcudluğuna səbəb olmadığını yazmışdı.

Ərəb ölkələri ilə aparılan kompromis siyasətinin iflasa uğraması və sionist rejimin ərəb dünyasına inteqrasiya olunmamasını ərəb ölkələri arasında aparılan rəy sorğuları da təsdiqləyir.

2022-ci ilin dekabrında İngiltərənin “Jewish News” saytı 14 ərəb ölkəsində apardığı sorğunun nəticələri ilə bağlı hesabatında bu ölkələrin sakinlərinin 84 faizinin sionist rejimlə münasibətlərin normallaşmasının əleyhinə olduğunu bildirib.

Amma sionist rejim ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrə gəlincə, bütün siyasi və media dairələrinin fikrincə, iqtidarla belə bir əlaqə davam edir və bu, təkcə rəsmi xarakter daşımır, həm iqtisadi, həm də hərbi və təhlükəsizlik sahəsində hər cür əməkdaşlıq mövcuddur.

  Daha əvvəl Netanyahu vurğulamışdı ki, Səudiyyənin normallaşma prosesinə qoşulması məsələsinə yalnız zaman lazımdır.

  O, bildirib ki, BƏƏ, Bəhreyn, Məğrib və Sudan da daxil olmaqla bir çox ərəb ölkələrinin Təl-Əvivlə əlaqələr qurması Ər-Riyadın xəbəri və razılığı əsasında olub, çünki Səudiyyə Ərəbistanı ərəb dünyasının ən nüfuzlu ölkəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 9 =