Netanyahu: “İsrail müstəqil ölkədir və qərarları da özü verir”

“Reuters” xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Nazirlər Kabinetinin həftəlik iclasında ABŞ-ın İsraili hərbi fəaliyyətini genişləndirməməyə inandırdığına dair məlumatları təkzib edib: ” Son günlər bəzi mətbuat orqanları guya ABŞ-ın əməliyyat keçirməyimizə mane olmağa hazırlaşdığı barədə məlumat tirajla yır. Bunların heç biri doğru deyil, İsrail suveren dövlətdir və qərar verməkdə sərbəstdir”.Netanyahunun sözlərinə görə, İsrailin hərəkətləri xarici təzyiqlə diktə olunmur: “Qüvvələrimizdən necə istifadə ediləcəyi İsrail ordusunun müstəqil qərarıdır”.
Bundan əvvəl “The Wall Street Journal” ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahunu HƏMAS-ın İsrailə hücumundan bir neçə gün sonra Livandakı Hizbullah qüvvələrinə qarşı qabaqlayıcı zərbəni dayandırmağa inandırdığını və belə bir hücumun yeni böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq etdiyini yazmışdı.