Netanyahu Knesset çoxluğunu itirib: Gələcək seçkilərdə üstünlük opponentlərdə olacaq

Netanyahu Knesset çoxluğunu itirib: Gələcək seçkilərdə üstünlük opponentlərdə olacaq

İşğal olunmuş ərazilərdə aparılan yeni sorğunun nəticələri onu göstərdi ki, indiki vəziyyətdə sionist rejimin siyasi səhnəsində yeni seçkilər keçirilərsə, Netanyahu baş nazirlik postunu itirəcək.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, ibrani “Maariyu” qəzeti sionist rejimin qarşıdan gələn seçkiləri ilə bağlı sorğu keçirib.

Bu qəzet, aparılan sorğuya əsasən, sionist rejimin yeni seçkilərinin bu gün keçiriləcəyi təqdirdə, Netanyahu cinahının 57 mandat qazanacağına işarə edib.

Bu sorğu əlavə edir ki, Yair Lapidin fraksiyası 63 mandat qazanacaq.

Sionist rejim tarixində ən ifrat kabinet kimi tanınan Netanyahu hökumətinin fəaliyyətə başlamasından bəri işğal olunmuş ərazilərdə geniş və misli görünməmiş nümayişlər keçirilir.

Hər həftə yüz minlərlə insan Netanyahu hökumətinə və onun siyasətlərinə, xüsusən də məhkəmə islahatları planına etiraz edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 12 =