Netanyahu: Lapid Seyid Həsən Nəsrullahdan qorxur

Netanyahu: Lapid Seyid Həsən Nəsrullahdan qorxur

Sionist rejimin keçmiş baş naziri Yair Lapid Tel-Əviv kabinetinin hazırkı baş nazirini dəniz mübahisələri məsələsində Livan Hizbullah hərəkatının baş katibinin təhdidlərindən qorxmaqda ittiham edib.

İbrani mediası dünən (çərşənbə axşamı) xəbər verib ki, sionist rejimin keçmiş baş naziri Benyamin Netanyahu hazırkı baş nazir Yair Lapidi Hizbullaha təslim olmaqda və Livanın qazından istifadə məsələsinə etinasızlıq göstərməkdə ittiham edib.

 “Əl-Məyadin” saytının məlumatına görə, Netanyahu özünün “Twitter” səhifəsində video yerləşdirərək deyib: “İsrail vətəndaşları, sizə çox kədərli bir açıqlamam var. Lapid Nəsrullahın hədələrindən sonra tamamilə geri çəkildi. Nəsrullah Lapidi hədələyib ki, Livanla qaz müqaviləsi imzalamadan qaz yatağını işə salsaq, İsrailə hücum edəcək.

O, sözünə davam etdi: “Lapid panikaya düşdü və işini aktivləşdirmədi və indi o, heç bir nəzarət və rəqabət olmadan Livana milyardlarla dollarlıq qaz yatağı vermək istəyir. Beləliklə Hizbullah malik olduğu sərvətdən İsrail şəhərlərinə atılmaq üçün minlərlə raket və mərmi hazırlanmasında istifadə edəcək.

 “Noyabrın 1-də sizin köməyinizlə mənim rəhbərlik etdiyim “Likud” partiyası növbəti dörd il ərzində zəif və təhlükəli Lapid hökumətini sabit sağçı hökumətlə əvəz edəcək.” – Netanyahu əlavə edib.

Bu, İsrail mediasının iki gün əvvəl (bazar ertəsi) “İsrailin Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın təhdidlərinə diqqət yetirdiyini və texniki səbəblərə görə qaz çıxarmaqdan çəkindiyini” bildirdiyi bir zamanda baş verib.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah İmam Hüseynin (ə) Ərbəin mərasimi münasibətilə etdiyi çıxışda Tel-Əvivə xəbərdarlıq edib ki, müqavimət Livanın hüquqlarını heç vaxt güzəştə getməyəcək və sionist rejimə qazı Kariş yatağından çıxarmağa icazə verməyəcək.

Seyid Həsən Nəsrullah çıxışında vurğulayıb: “Biz Livanın öz haqlı tələbləri yerinə yetirməyincə, neft və qazın Kariş yatağından çıxarılmasına icazə verməyəcəyik.”

Sionist rəsmilər sentyabrda hasilat işlərinə başlayacaqlarını bildirsələr də, onu təxirə salıblar.

Həsən Nəsrullah deyib: Kariş yatağından qazın çıxarılmasına başlanması bizim qırmızı xəttimizdir. “Düşmənin bütün təhdidlərinin bizə heç bir təsiri yoxdur. Gözümüz onların üzərindədir və raketlərimiz isə onlara tuşlanıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 11 =