Netanyahu: Lapidin Baş Assambleyadakı çıxışı acizlik və uğursuzluqla dolu idi
Sionist rejimin keçmiş baş naziri Benyamin Netanyahu Tel-Əviv rejiminin hazırkı baş naziri Yair Lapidin sözlərini tənqid edərək, onun Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında söylədiyi sözlərin zəiflik və uğursuzluqla dolu olduğunu bildirib.
I 24 News internet saytının məlumatına görə, Likud partiyasının lideri və sionist hökumətin müxalifət lideri Netanyahu deyib: Bu gecə biz zəiflik, uğursuzluq və baş əyməklə dolu sözlər eşitdik.
Lapidin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışında İranın nüvə proqramına qarşı təhdidini tənqid edərək əlavə edib ki, Lapid həm Fələstin, həm də İran məsələsində gələcəyimizi və İsrailin mahiyyətini riskə atıb. İran nüvə anlaşmasına doğru irəliləyərək İsrailin varlığını təhlükəyə atarkən, Lapid heç bir iş görmür.
Lapid cümə axşamı BMT Baş Assambleyasında deyib ki, israillilərin əksəriyyəti bizim üçün təhlükə mənbəyi olmaması şərti ilə iki müstəqil dövlətin yaradılmasının tərəfdarıdır. O, iddia edib: Biz İsrailin təhlükəsizliyinin təmin edilməsi şərti ilə fələstinlilərlə sülhün bərqərar olması üçün çalışırıq.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyası bu gün Nyu-Yorkun Manhetten şəhərində, bu beynəlxalq təşkilatın mənzil-qərargahında bir həftə ərzində işə başlayıb.
Builki BMT Baş Assambleyası 2019-cu ildən bəri ilk dəfə olaraq covid-19 pandemiyasından sonra dünyanın ən böyük diplomatik toplantısı olaraq dünyanın mxtəlif ölkə başçılarının və liderlərinin iştirakı ilə keçirilib.