Netanyahu: Livanda atəşkəs uğursuz olarsa, İsrail müharibəyə hazırdır

İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə (IDF) Livanda atəşkəsin uğursuz olacağı təqdirdə dövlətinin başlayacağı tammiqyaslı müharibəyə hazır olmağı əmr edib.
O, bu barədə İsrail televiziyasının 14-cü kanalına müsahibəsində bildirib.
“Mən İsrail ordusuna atəşkəsin pozulacağı təqdirdə Livanda genişmiqyaslı müharibəyə hazırlaşmağı əmr etdim, əgər atəşkəs razılaşması pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, iki ölkə arasında atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib.