Netanyahu Livanla bağlı vəziyyətə görə hərbi-siyasi kabinetin iclasını çağırıb

İsrailin baş naziri Benyamin Netanyahu hökumətin əsas nazirləri ilə görüş keçirib.
Məsləhətləşmələr Livanla sərhəddə vəziyyətin kəskin pisləşməsi fonunda keçirilir.
“Baş nazir Benyamin Netanyahu hazırda Tel-Əvivdəki Kiriya kompleksində Milli Təhlükəsizlik Məsələləri üzrə Nazirlər Komitəsinin (hərbi-siyasi kabinet) iclasını keçirir”, – Netanyahunun ofisin açıqlamasında deyilir.
Qeyd olunur ki, Netanyahu bundan əvvəl Tel-Əvivdə kəşfiyyat xidmətləri və ordu rəhbərlərinin iştirakı ilə də əməliyyat iclası keçirib.