Netanyahu məğlub oldu

Netanyahu məğlub oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail prezidentinin hökumət qurma fürsətinin bitməsinə bir neçə saat qalmış KİV-ləri elan etmişlər ki, “Yeş Atid” partiyasının lideri Yair Lapidin vahid ərəb siyahısının kabinet qurma koalisiyasına qoşulmasına razılıq verməsilə o,  artıq kabinet qurmaq üçün lazımlı vasitələri əldə etmişdir. Yeni kabinet üzvlərinin  siyahısının sionist rejimin prezidentinə təhvil verilməsi planlaşdırılır.

Sionist KİV-ləri belə bir kabinetin qurulmasını Benyamin Netanyahunun 12 illik rəhbərlikdən sonra onun siyasi həyatının sona çatması kimi qiymətləndirmişlər.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Yair Lapid İsrail prezidentinə məktub yazaraq yeddi partiyanın razılığı ilə yeni bir kabinet qura biləcəyini bildirib.

Sputnik-in verdiyi məlumata görə, İsrail prezidentinin ofisi Yamina partiyasının lideri Naftali Bennettin iki il müddətində baş nazir və Yair Lapidin isə alternativ baş nazir olacağını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =