Netanyahu: Məqsədimizə çatmadan müharibəni dayandırmayacağıq

Sionist rejim baş naziri müharibənin 163-cü günündə məqsədinə çatmadan müharibəni bitirməyəcəyini deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin Netanyahu bu gün (17 mart) deyib: Biz məqsədimizə çatmadan müharibəni dayandırarıqsa, İsrailin məğlub olması deməkdir.
Netanyahu ABŞ prezidentinə xitabən deyib: Etik vicdanını itirmisən sən? 7 oktyabr hadisəsini unutmusanmı? İsrailə təzyiq əvəzinə Həması çarmıxa çəksən daha yaxşı olar.
Netanyahu ona qarşı beynəlxalq təzyiqlərə işarə edərək deyib: Onlar seçkilərə görə bizə təzyiq göstərir, biz isə təslim olmayacağıq. Heç bir təzyiq bizi məqsədimizdən döndərməyəcək. Əlbəttə bir neçə həftəyə məqsədimizə yetişəcəyik.