Netanyahu məsuliyyətdən qaçır
Təhlükəsizlik sənədlərini sızdırmaqda günahlandırılan Benyamin Netanyahunun sözçüsünün vəkili bu hadisələrdən xəbərdar olduğunu, amma məsuliyyətsizlik etdiyindən xəbər verib.
İRNA-nın verdiyi xəbərə görə, Eli Feldsteinin vəkili bu gün (4 dekabr) deyib: Netanyahu məxfi sənədlər məsələsi və onları dərc etmək qərarından xəbərdar idi. Feldstein isə susmamağa və Netanyahu üçün özünü qurban verməməyə qərar verdi.
Digər tərəfdən, sionist rejimin Knesset üzvü Qadi Ayzenkut deyib: Cinayət törətməkdə şübhəli bilinən Benyamin Netanyahu məsələni ört-basdır etmək üçün öz nazirlərini qanunları pozmağa sövq edir. Bu səbəbdən də nazirlər kabinetinə etibar etmək olmaz.