Netanyahu Makronu cahillikdə ittiham edib
Fransa Prezidenti Emmanuel Makronun İsrailin BMT qərarı ilə qurulduğuna dair sözləri tarix cahilliyi və hörmətsizlik əlamətidir.
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində söyləyib.
“Bu, tarix cahilliyidir və hörmətsizlik əlamətidir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, amma qətiyyən onun yaradanı olmayıb”, – o qeyd edib.
Netanyahu xatırladıb ki, yəhudi xalqı artıq 3,5 min ildir İsrail torpağına “bağlıdır”. Onun sözlərinə görə, müasir İsrail birləşmiş beş ərəb dövlətinin hücumuna qarşı duran “müstəqillik müharibəsinin cəsur döyüşçülərinin qurbanı sayəsində” yaradılıb.
“Birləşmiş Millətlər Təşkilatının “İsrail Dövlətini yaratdığı” barədə sözlər kədərli məyusedici tarix təhrifidir”, – ölkə lideri vurğulayıb.