Netanyahu peycer partlayışına görə məsuliyyəti öz üzərinə götürüb
Peycerlərin partlaması səbəbindən Livanda bir çox mülki vətəndaş hədəfə alındı və sionist rejim bu cinayətdə əli olub, yalan və gizlətmə siyasətini davam etdirməkdə israrlı olsa da, bu rejim artıq bunu inkar edə bilməyib və sonda bu cinayəti etiraf edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Sionist Radio və Televiziya Təşkilatı Nazirlər Kabinetinin bugünkü (9 noyabr) iclasında bu rejimin baş naziri Benyamin Netanyahunun Livanda peycerlərin partladılmasının məsuliyyətini öz üzərinə götürdüyünü elan edib.
Netanyahu bu görüşdə də Vaşinqtonun bu əməliyyata qarşı olduğuna dair xəbərdarlıqlarına qulaq asmadığını bildirib.
Sionist rejimin baş naziri həmçinin qeyd edib ki, peycerlərin partladılması və Seyid Həsən Nəsrullaha sui-qəsd əməliyyatı Müharibə Nazirliyinin yüksək vəzifəli şəxslərinin müqavimətinə baxmayaraq həyata keçirilib.
Netanyahu deyib ki, o, Seyid Həsən Nəsrullahın öldürülməsi və Rəfaha qurudan hücum da daxil olmaqla, bəzi İsrail nazirlərinin qərarlarına qarşıdır.