Netanyahu Qəzzada “şərtli razılaşmaya” açıq olduğunu bildirib

Netanyahu Qəzzada “şərtli razılaşmaya” açıq olduğunu bildirib

İsrail ordusu bazar günü Qəzza zolağında genişmiqyaslı quru əməliyyatlarına başladığını elan edib. İsrailin baş naziri Netanyahu isə öz növbəsində münaqişəyə son qoyacaq şərti razılaşmaya açıq olduğunu bildirib; Hücumlarda ən azı 50 fələstinli həyatını itirib.

İsrail ordusu bazar günü Qəzza zolağında “genişmiqyaslı quru əməliyyatlarına” başladığını elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada “münaqişəyə son qoyacaq” razılaşmaya “açıq” olduğunu bildirib.

İsrail ordusu, HƏMAS-a təzyiq göstərmək cəhdi olaraq Qəzza zolağına hava hücumlarının gücləndirilməsinin təsdiqlənməsindən bir gün sonra verdiyi açıqlamada, qüvvələrinin “Gideonun arabaları əməliyyatının açılışı çərçivəsində Qəzza zolağının şimalında və cənubunda geniş quru əməliyyatına başladığını” bildirib.

Digər tərəfdən Qəzza Mülki Müdafiə Birliyinin İsrailin davam edən hücumları nəticəsində aralarında uşaqların da olduğu ən az 50 fələstinlinin həyatını itirdiyini açıqladığı Qəzza zolağında Netanyahu “münaqişəyə son qoyacaq” razılaşmaya açıq olduğunu bildirib.

“Dohadakı danışıqlar qrupu hazırda (ABŞ elçisi Stiv) Witkoffun planına uyğun və ya hərbi əməliyyatların dayandırılmasının bir hissəsi kimi razılığa gəlmək üçün bütün imkanları tükəndirməyə çalışır”, – İsrail baş nazirliyinin bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, razılaşmaya “bütün məhbusların azad edilməsi, Fələstin müqavimətinin Qəzza zolağından çıxarılması və Qəzzanın silahsızlaşdırılmış zona kimi yaradılması” daxil edilməlidir.

Mülki Müdafiə sözçüsü Mahmud Basal, Qəzza zolağındakı intensiv bombardmanla eyni vaxtda yerdəki vəziyyətlə bağlı AFP-yə deyib : “İsrailin bu səhərdən günortaya qədər davam edən hava hücumları nəticəsində Qəzza zolağındakı xəstəxanalara köçürülən şəhidlərin sayı ən azı 50 fələstinlidir.”

Qəzzanın Səhiyyə Nazirliyi, ordunun beynəlxalq atəşkəs çağırışlarına və bölgədəki humanitar vəziyyətlə bağlı xəbərdarlıqlara baxmayaraq əməliyyatlarını genişləndirdiyini elan etdikdən sonra Qəzzanın şimalındakı “bütün dövlət xəstəxanalarının” xidmətdən çıxdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 2 =