Netanyahu Qəzzadakı əməliyyatların qələbəyə qədər davam edəcəyinə söz verib

Netanyahu Qəzzadakı əməliyyatların qələbəyə qədər davam edəcəyinə söz verib

İsrail Baş naziri Benyamin Netanyahu Qəzzadakı əməliyyatların qələbəyə qədər davam edəcəyini deyib.

“Biz çətin müharibədəyik. Bu, uzun bir müharibə olacaq. Bizim mühüm nailiyyətlərimiz, eyni zamanda ağrılı itkilərimiz var. Bilirik ki, əsgərlərimizin hər biri ayrıca bir dünyadır. Bütün İsrail xalqı sizi, ailələrinizi ürəkdən qucaqlayır. Belə kədərli bir zamanda hamımız sizinləyik. Əsgərlərimiz müharibədə, evimiz uğrunda gedən müharibədə həlak olublar. Sizə İsrail vətəndaşlarına söz verirəm: işi başa çatdıracağıq. Qələbəyə qədər davam edəcəyik”, Netanyahu bildirib.

Qeyd edək ki, bu gün son rəsmi açıqlamaya görə, İsrail Qəzzada quru əməliyyatlara başladığı 27 oktyabrdan bu günə qədər 12 İsrail əsgəri həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + four =