Netanyahu qidadan zəhərlənib

İsrailin Baş naziri Benyamin Netanyahuda xarab qida qəbulu səbəbindən kəskin mədə narahatlığı yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.
Bildirilir ki, o, evdən işləməyə davam edəcək:
“Netanyahu gecə özünü pis hiss edib. O, professor Alon Herşko tərəfindən evdə müayinə olunub. Qida zəhərlənməsi ilə bağlı bağırsaq infeksiyası diaqnozu qoyulub.
Həkimlər daha sonra əlavə müayinələr aparıblar və baş nazirin vəziyyətini yaxşı kimi qiymətləndiriblər. Ona hazırda susuzluğa görə damcıtökən təyin edilib. Baş nazir növbəti üç günü öz evində keçirəcək.”
