Netanyahu: Rəfahda aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq

“Qəzza zolağının Rəfah şəhərində Fələstinin radikal HƏMAS hərəkatına qarşı aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsrail televiziyasının 14-cü kanalına müsahibəsində deyib.
O əlavə edib ki, döyüşlərin intensivliyi azalsa belə, İsrail müharibəni dayandırmayacaq və HƏMAS-ı məhv etməyə çalışacaq:
“Rəfahda hərbi əməliyyatların intensiv mərhələsi tezliklə başa çatacaq, lakin biz əməliyyatları və zərbələri davam etdirəcəyik, təslim olmayacağıq. Biz bütün gücümüzlə onları vururuq”.