Netanyahu Rəfahın işğalının məqsədini açıqladı

Netanyahu Rəfahın işğalının məqsədini açıqladı

İsrailin baş naziri Qəzza zolağının bir neçə hissəyə bölünməsi və onun daxilində daha bir bufer zonasının yaradılması planını rəsmən açıqlayıb.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, sionist rejim televiziyası dünən (3 aprel) Benyamin Netanyahunun çərşənbə günü səhər saatlarında başlayan əməliyyatın əsas məqsədlərini bəyan edib.

Məlumata görə, əməliyyat Qəzza zolağının şimal və cənubuna 60-dan çox hücumla başlayaraq hava hücumları və quruda irəliləyişlərin yaxın günlərdə də davam edəcək.

Benyamin Netanyahu çərşənbə günü axşam etdiyi çıxışında əməliyyatın məqsədinin Qəzza zolağının şərq və qərb bölgələrinə bölünməsi olduğunu qeyd edərək deyib ki, Filadelfiya oxuna paralel yeni bufer zonası yaradılacaq, Rəfahla Xan Yunis arasında quru əlaqəsini tamamilə kəsəcək.

Netanyahu videomüraciətində deyib: Təl-Əviv addım-addım təzyiqini artırmaq niyyətindədir.

O, bu təzyiqlərin məhbuslar azad olunana qədər davam edəcəyini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + ten =