Netanyahu rəsmən təsdiqlədi: “HƏMAS ilə razılıq…”

Netanyahu rəsmən təsdiqlədi: “HƏMAS ilə razılıq…”

ABŞ-ın “CNN İnternational” və “New York Times” nəşrləri İsrail və HƏMAS arasında girovlar üçün danışıqların başladığını və iki fərqli təklifin müzakirə edildiyini iddia edib. “New York Times”in adı açıqlanmayan ABŞ rəsmilərindən aldığı məlumata görə, təkliflərdən biri odur ki, HƏMAS-ın döyüşlərdə qısamüddətli fasilə qarşılığında israilli qadın və uşaqlar daxil olmaqla 10-20 mülki girovu azad edəcək. Qəzet iddia edir ki, şərtlər yerinə yetirilərsə, say 100-ə qədər arta bilər.

Digər təklifdə bildirilir ki, HƏMAS-ın daha çox humanitar yardım, xəstəxanalar üçün yanacaq və bütün mülki vətəndaşların azadlığa buraxılması müqabilində İsrail həbsxanalarındakı qadın və uşaqların sərbəst buraxılması istənilir. Lakin İsrail rəsmilərinin məhbusların azad edilməsində qərarsız olduğunu bildirib. “CNN İnternational” da münaqişədə bir müddətlik fasilə nəzərdə tutan təklif çərçivəsində girovların mərhələli şəkildə azad ediləcəyini, qadın və uşaqlara üstünlük veriləcəyini yazıb. 

Musavat.com xəbər verir ki, NBC News yüksək rütbəli ABŞ rəsmisinə əsaslanan hesabatda girov müqaviləsinin təfərrüatlarına yer verib.

Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, HƏMAS-ın girov saxladığı təxminən 80 qadın və uşaq İsrail həbsxanalarında saxlanan qadın və uşaq məhkumların müqabilində azad ediləcək. O, təklifin müzakirə edildiyini, lakin hələ yekun nəticənin olmadığını bildirib və Vaşinqtonun girovların azad edilməsi üçün bütün variantları irəli sürdüyünü vurğulayıb.

NBC News-a danışan İsrailin baş naziri Benyamin Netanyahu girovlardan bəzilərinin azad edilməsi üçün razılığın əldə oluna biləcəyini təsdiqləyib.

O, razılaşma ilə bağlı suala ehtiyatla yanaşaraq, “Bu barədə nə qədər az desəm, onun reallaşma şansını bir o qədər artıracağımı düşünürəm” deyib.

Netanyahu hərbi təzyiqin razılaşmanın əldə olunmasına töhfə verə biləcəyini ifadə edib: “Əgər bacarsaq, bunu açıqlayacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 3 =