Netanyahu rəsmi olaraq Livanda peycerlərin partladılması və Nəsrullahın terror edilməsi məsuliyyətini öz üzərinə götürüb

Netanyahu rəsmi olaraq Livanda peycerlərin partladılması və Nəsrullahın terror edilməsi məsuliyyətini öz üzərinə götürüb

Sionist rejimin baş naziri nazirlər kabinetinin həftəlik iclasında Livanda peycer cihazlarının partladılması və Hizbullah Hərəkatının keçmiş Baş katibinin terror edilməsi ilə bağlı məsuliyyəti rəsmən öz üzərinə götürüb.

Sionist rejimin radio və televiziya təşkilatı bildirib ki, bu rejimin baş naziri Benyamin Netanyahu nazirlər kabinetinin həftəlik iclasında Livanda peycerlərin partlamasına görə məsuliyyəti öz üzərinə götürərək deyib: “Vaşinqtonun bu əməliyyata qarşı çıxacağını deyən və ABŞ-ın əməkdaşlıq etmək istəmədiyini iddia edən bəzilərinin xəbərdarlığına qulaq asmadım.”

O deyib: “Peycerləri partlaması əməliyyatı və (Seyid Həsən) Nəsrullaha qarşı terror əməliyyatı təhlükəsizlik qurumunun yüksək səviyyəli rəsmilərinin müxalifətinə baxmayaraq həyata keçirildi.”

Netanyahu həmçinin deyir: “Bəzi nazirlər bir sıra qərarlarla razılaşmırdılar, amma mən o qərarları təsdiq etdim, (Seyid) Həsən Nəsrullahın terror edilməsi və Rəfaha (qurudan) daxil olmaq kimi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =