Netanyahu sağçı koalisiyası qurmağa çalışır
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, “Israel Hayom” xəbər agentliyinin məlumatına görə Naftali Bennett, Netanyahu koalisiyasının dəvətinə cavab olaraq, bütün ömrü boyu sağçı olduğunu və Yair Lapid kimilərlə müttəfiq olmayacağını söyləyib.
Həmçinin Netanyahunun hökumət qurmaq üçün Gideon Saarın “Yeni Ümid” partiyasının yerlərinə də çox ehtiyac duyduğu görünür.
Sözsüz ki, sağçı partiyalar arasındakı bir çox fikir ayrılıqlarına baxmayaraq, bir neçə mühüm dövlət postları vədləri ilə sonda bir sağ koalisiyası qurula bilər, bu vəziyyətdə Naftali Bennett və Gideon Saar kimi fərdlərin xarici işlər və müdafiə nazirləri kimi, eləcə də Ayelet Şakedin sağçı hökumətdəki ciddi rolunun şahidi ola bilərik.
Qeyd edək ki, sağçı koalisiyasının qurulması çox da ciddi uğur hesab olunmur, çünki bu partiyalardakı fərdlər arasındakı ixtilaflar o qədər də ciddi deyil.