Netanyahu seçkiqabağı ərəb ölkələrinə ümid bəsləyib
HƏMAS: “Netanyahunun ərəb ölkələrinə səfərindən məqsədi qarşıdakı seçkidə qazanma şansını artırmaqdır.”
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS Fələstin İslami Müqavimət Hərəkatı sözçüsü, İsrail Baş naziri Benyamin Netanyahunun bu yaxınlarda İsrail rejimiylə əlaqələrin normallaşdırılmasına dair müqavilə imzalayan bəzi ərəb ölkələrinə səfər etmək qərarının, qarşıdakı Knesset seçkilərində qazanma şansını artırmaq məqsədi ilə verildiyini vurğulayıb.
Hazim Qasim əlavə edib ki, sionist rejimlə münasibətlərin normallaşmasının yalnız bu rejimin hədəflərinə xidmət etməsi və onunla münasibətləri normallaşdıran heç bir ərəb ölkəsi üçün bir faydası olmadığı bir daha sübut olundu. Nəticə yalnız Fələstin məsələsinə strateji ziyan vurmaqdır.