Netanyahu sentyabrın ortalarında həbs oluna bilər
İsrail rejiminin 12-ci kanalı sionist rəsmilər barədə həbs orderinin sentyabrın ortalarında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən veriləcəyi təxmin edilməsindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, İsrailin 12-ci kanalı baş nazir Benyamin Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilə biləcək həbs qərarı ilə bağlı siyasi-hüquqi məsləhətləşmələr apardığını açıqlayıb.
Kanal bildirib: Rəsmilər Netanyahuya bildiriblər ki, həbs qərarının verilməsinin qarşısını almaq üçün yeganə çıxış yolu müstəqil istintaq komitəsinin yaradılmasıdır.
Eyni zamanda, kanal bir daha İsraildə həbs qərarı sentyabrın ortalarında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən veriləcəyi təxmin edildiyini vurğulayıb.