Netanyahu silah tədarükünün bərpası üçün hücumlara dözməyə hazır olduğunu bildirib

Netanyahu silah tədarükünün bərpası üçün hücumlara dözməyə hazır olduğunu bildirib

İsrailin Baş naziri Binyamin Netanyahu yenidən ABŞ-ni ölkəsinə fasiləsiz silah tədarük etməyə çağırıb.

Bu barədə Baş nazir “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Eyni zamanda o, Vaşinqtonun İsrail tərəfini lazımi avadanlıqla təmin etdiyi müddətcə şəxsi hücumlara dözməyə hazır olduğunu bəyan edib.

“Mən şəxsi hücumlara dözməyə hazıram, bir şərtlə ki, İsrail ABŞ-dən mövcudluğu uğrunda mübarizə aparmaq üçün lazım olan sursat alsın”, – Baş nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 12 =