Netanyahu Trampı Qüdsdə yeni bir şəhərsalma planı ilə razılaşmağa çağırdı

Netanyahu Trampı Qüdsdə yeni bir şəhərsalma planı ilə razılaşmağa çağırdı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İsrail Baş naziri səlahiyyət müddəti bitməkdə olan ABŞ Prezidenti Donald Trampdan Qüdsün Atrut bölgəsində yüzlərlə sionist yaşayış binasının inşasına razılıq verməsini istədi.

Fələstin Maa xəbər agentliyinin verdiyi məlumata görə, Benyamin Netanyahu hökuməti də Givat Hamatos adlanan ərazidə bu cür vahidlərin inşasını genişləndirməyə çalışır.

Bəzi mənbələr Netanyahunun Amerikanın yeni seçilmiş Prezidenti Co Bayden seçilmədən əvvəl amerikalıların bu plana dərhal razı olmalarını istədiyini söylədi.

Mənbələr əlavə etdi: “Əgər bu, indi olmazsa, ABŞ-ın yeni rəhbərli dövründə də olmayacaq, çünki Baydenin bu qəsəbələrin yaşıl xətt xaricində tikilməsinə qarşı çıxacağı gözlənilir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =