Netanyahu UNRWA-nın fəaliyyətinin dərhal dayandırılması ilə bağlı göstəriş verib

İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) İsrail ərazisində fəaliyyətini qadağan edən qanunun dərhal icrası ilə bağlı göstəriş verib.
APA xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Ətraflı Ads by 0Reklamınızı SmartBee ilə effektiv edin.
“Netanyahu Knesset tərəfindən qəbul edilmiş UNRWA qanununun dərhal həyata keçirilməsi ilə bağlı göstəriş verib”, – bəyanatda deyilir.
Məlumatda baş nazirin sərəncamının icrası ilə bağlı heç bir məhdudiyyətin olmadığı bildirilir.