Netanyahu və Bin Zayid Nobel Sülh Mükafatına layiq görülüb

Netanyahu və Bin Zayid Nobel Sülh Mükafatına layiq görülüb

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Uşaq öldürən Sionist rejimin Baş naziri və əli minlərlə yəmənli mülki insanın qanına boyanan Əbu-Dabinin vəliəhd şahzadəsi Bin Zayid Nobel Sülh Mükafatına layiq görülmüşdür.

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Netanyahu və Əbu Dabi vəliəhdi Məhəmməd bin Zayidin Lord David Timble tərəfindən Nobel Sülh Mükafatına namizəd olduqlarını açıqladı.

Bloomberg-in yazdığına görə, Şimali İrlandiyanın keçmiş Baş naziri Timbel 1998-ci ildə Şimali İrlandiyadakı münaqişənin sülh yolu ilə həll yolundakı səylərinə görə mükafat qazandı.

Məlumata əsasən, Sionist rejimin Baş naziri və Əbu-Dabinin vəliəh şahzadəsi münasibətlərin normallaşdırılması barədə razılığa gəlindiyi üçün mükafata namizəd göstərilib.

Bütün bunlar işğalçı İsrail rejiminin qəsb edilmiş hüquqlar uğrunda fələstinliləri hər gün dünyanın gözü qarşısında qətlə yetirdiyi bir vaxta təsadüf edir.

Sionist rejimlə münasibətləri normallaşdıraraq Fələstin məsələsindən üz döndərən Əbu-Dabi rəhbərliyinin əli altı ildir Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hücumlarına məruz qalan minlərlə yəmənlinin qanına boyandı və bu müddət ərzində 100 minlərlə insan qətlə yetirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 8 =