Netanyahu və Katz orduya HTS qüvvələrinə zərbələr endirməyi tapşırır

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Katz, “Suriyada druzlara hücumdan sonra” İsrail ordusuna HTS elementlərini hədəf almağı əmr etdiklərini açıqlayıb.
İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz müştərək bəyanat verərək bildiriblər ki, onlar sionist rejim ordusuna “Suriyada druzlara hücumdan sonra” Heyət Təhrir əş-Şam (HTŞ) rejim ünsürlərini hədəf almağı tapşırıblar.
“Rejim qüvvələri və silahları hədəfə alınacaq”
Bəyanatda orduya “Suveyda bölgəsinə gətirilən rejim qüvvələrini və silahları” vurmaq tapşırığı verilib.
Netanyahu və Katz bu vəziyyətin “İsraili təhlükə altına alan qüvvə və silahların Suriyanın cənubuna daxil olmasını qadağan edən razılaşdırılmış tərksilah siyasətini” pozduğunu iddia ediblər.
“Biz druzlarla qardaşlıq ittifaqına sadiqik”
Bəyanatda həmçinin aşağıdakılar da yer alıb: “İsrail, İsraildəki Druz vətəndaşlarımızla dərin qardaşlıq ittifaqı və onların Suriyadakı Druzlarla ailəvi və tarixi bağları səbəbindən Suriyadakı Druzlara zərərin qarşısını almaqda qərarlıdır. Biz Suriya rejiminin onlara zərər verməsinin qarşısını almaq və Suriya ilə sərhədimizə bitişik ərazinin demilitarizasiyasını təmin etmək üçün fəaliyyət göstəririk”.
Birgə bəyanatda deyilir ki, Təl-Əvivin Suriyaya qarşı hücumunun əsas məqsədi ölkənin cənubunda ağır silahlardan təmizlənmiş “bufer zona” yaratmaqdır. Bu strategiya regionu effektiv şəkildə demilitarizasiya etmək və Dəməşq hökumətinin hərbi mövcudluğunu məhdudlaşdırmaq məqsədi daşıyır.
İsrailin hücumlara başlamazdan əvvəl HTŞ rejiminin Süveyda əməliyyatının tamamlanmasını gözləməsi diqqət çəkir.
Təl-Əvivin tankların və hərbi hissələrin bölgəyə girməsi zamanı deyil, əməliyyat başa çatdıqdan sonra hərəkəti HTŞ rejiminə üstüörtülü mesajdır: “Mən sizə razılaşmaya əsasən Suveyda nəzarətini ələ keçirməyə icazə verdim, ancaq tank kimi ağır silahları bölgədə daimi saxlaya bilməzsiniz”.