Netanyahu və onun radikal nazirləri Misirin atəşkəs təklifinə qarşıdır

Netanyahu və onun radikal nazirləri Misirin atəşkəs təklifinə qarşıdır

Sionist rejimin baş naziri, maliyyə naziri və daxili təhlükəsizlik naziri Misirin atəşkəs təklifinə qarşıdır.

İRNA-nın verdiyi məlumata görə, xəbər mənbələri Misirin sionist rejimə iki günlük atəşkəs təklif etdiyini açıqlayıb. Buna baxmayaraq, daha əvvəl “Əl-Ərəbiyyə” kanalı mənbələrə istinadən Misirin Qəzzada yeni atəşkəs təklifi ilə İsrailin razılığını əldə etdiyindən xəbər vermişdi.

Misir prezidenti Əbdülfəttah Əl Sisi dünən (27 oktyabr) bəyan edib ki, ölkəsi son günlər Qəzzada münaqişəni dayandırmaq üçün təşəbbüs irəli sürüb.

Əl-Sisinin sözlərinə görə, bu təşəbbüsə iki günlük atəşkəs və dörd sionist girovun Təl-Əviv həbsxanalarında olan bir sıra fələstinli məhbuslarla mübadiləsi daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =