Netanyahu və Tramp İran məsələsini müzakirə etmək üçün danışır – gərginlik artır!

Netanyahu və Tramp İran məsələsini müzakirə etmək üçün danışır – gərginlik artır!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Binyamin Netanyahu bu gün telefon danışığı zamanı İranın nüvə proqramı və regional siyasəti ilə bağlı müzakirələr aparacaq. Görüş, Vaşinqton və Təl-Əviv arasında İran məsələsinə dair fikir ayrılıqlarının artdığı bir dövrdə baş tutur.

Xatırladaq ki, Tramp Netanyahu ilə son telefon danışığında İrana qarşı hərbi hücumun hazırkı danışıqları poza biləcəyini və diplomatik həllin daha məqsədəuyğun olduğunu bildirmişdir. Netanyahu isə hərbi müdaxilənin indi həyata keçirilməsinin vacib olduğunu vurğulamışdır.

Bu gün aparılacaq telefon danışığının ABŞ-İsrail münasibətlərinə və İranla aparılan danışıqlara necə təsir edəcəyi yaxın günlərdə bəlli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =