Netanyahu: Yalnız danışıqlar yolu ilə Fələstinlə sülhə nail olmaq mümkündür

Netanyahu: Yalnız danışıqlar yolu ilə Fələstinlə sülhə nail olmaq mümkündür

İsrailin baş naziri Benyamin Netanyahu Knessetin (İsrail parlamenti) İsrail Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasına dair “diktat”ı rədd edən qərarını alqışlayıb və sülhün yalnız tərəflər arasında danışıqlar yolu ilə əldə oluna biləcəyini qeyd edib.

TASS-ın verdiyi məlumata görə, baş nazirin açıqlamalarını onun ofisi yayıb.

“Səs çoxluğu ilə tarixi qərarda Knesset mənim təklifimi dəstəklədi. 120 üzvdən 99-u Fələstin dövlətinin birtərəfli tanınmasının əleyhinə səs verdi. Bu qətiyyətli mövqe dünyaya güclü siqnal göndərir: İsrailin sülh və təhlükəsizliyinə nail olunacaq. Birtərəfli hərəkətlə deyil, danışıqlar yolu ilə”, – deyə Netanyahu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − eleven =