Netanyahunun ailəsi məhkəmədən yayınmaq üçün xəstəxanaya yerləşdirilib
Sara Netanyahunun dindirilmə tarixi yaxınlaşdığı bir halda o, xəstə olduğunu iddia edir və koronavirus səbəbiylə ABŞ-dan qayıda bilmədiyini deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, “Maariv” qəzeti bu gün (30 dekabr) bu barədə verdiyi xəbərdə Sara Netanyahuya yaxın mənbələrə istinad edərək, onun koronovirusa yoluxduğunu iddia etdiyini və buna görə də ölkəyə qayıtmaq niyyətinin olmadığını açıqlayıb.
Baş nazirin həyat yoldaşının yaxınlarından biri də ondan sitat gətirərək deyib ki, o, bu vəziyyətdə həyat yoldaşının yanında olmadığı üçün çox təəssüflənir.
Maariv daha sonra əlavə edib ki, nədənsə bu xəstəlik elanı İsrail Baş Prokurorunun Saraya qarşı cinayət işi açmaq qərarı ilə üst-üstə düşür.
Bununla əlaqədar, Sara Netanyahunun müdafiəçisi, keçən şənbə günü göndərdiyi sərt mesajda, baş prokurora və bir sıra İsrail məhkəmə orqanlarına, şahidlərə təzyiq etdikləri ittihamı ilə Baş nazirin həyat yoldaşını mühakimə etməmək barədə sərt xəbərdarlıq etmişdi.
Sara Netanyahu təxminən bir ay əvvəl ABŞ-a gedib və orada 20 gün qalmaq planı olduğu halda daha iki həftə Amerikadadadır.