Netanyahunun BƏƏ-ə səfəri ləğv olundu

Netanyahunun BƏƏ-ə səfəri ləğv olundu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahunun BƏƏ-yə səfəri İordaniya hava məkanına girişinə qoyulan qadağa səbəbindən təxirə salınıb.

Bir iordaniyalı diplomat cümə axşamı İordaniyanın sionist rejiminin baş naziri Benyamin Netanyahunun ölkənin hava sahəsinə girməsinə mane olacağını açıqlayıb. Məhz bu məsələ Netanyahunun BƏƏ-yə səfərini əngəlləyib.

Məlumata görə, Netanyahunun bu gün BƏƏ-yə səfəri təxirə salınıb.

Netanyahunun BƏƏ-yə səfərinin təxirə salınması onun səfərindən bir az öncə baş vermişdir və araşdırmalar nəticəsində səfərin ləğv olunmasının səbəbinin İordaniya vəliəhdinin bir gün öncə işğal altındakı ərazilərdəki Əl-Əqsa məscidinə ziyarətinin ləğvi olduğu ortaya çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + fourteen =