Netanyahunun helikopteri xarab oldu, xəsarətsiz ötüşdü

Netanyahunun helikopteri xarab oldu, xəsarətsiz ötüşdü

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki Herzl dağı xatirə kompleksində keçirilən Efiopiya yəhudilərinin anım mərasiminə vaxtında çata bilməyib. Səbəb isə hökumət başçısının helikopterinin xarab olmasıdır.

Bu barədə dövlət mərasiminin aparıcısı hökumət başçısının ofisinə istinadla elan edib.

Bildirilib ki, texniki nasazlıq səbəbindən Netanyahu ehtiyat helikopterdən istifadə etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini və ölkənin digər rəsmilərini aparan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində sağ qalan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − six =