Netanyahunun korrupsiya işi üzrə cinayət işi yenidən işə başladı
Sionist rejim baş nazirinin Bezak-Vala işi kimi tanınan işi üzrə cinayət məhkəməsi bu gün səhərbir aylıq fasilədən sonra yenidən işə başlayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Benyamin Netanyahu müxtəlif bəhanələrlə məhkəməyə gəlmək istəmədiyinə baxmayaraq bu səhər (27 yanvar) səhər saat 9:00-da Təl-Əviv Cinayət Məhkəməsində 4000 Bezak-Vala korrupsiya işində müdafiəsini davam etdirəcək.
Netanyahunun cərrahiyyə əməliyyatından sonra sağalma dövrü ilə əlaqədar fiziki vəziyyətini nəzərə alan cinayət məhkəməsi dinləmələrin keçmişə nisbətən daha qısa müddətə keçirilməsinə qərar verib. Bu səbəbdən bir iclas əvəzinə çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri hər biri saat 9:00-dan 14:00-a qədər davam edəcək.
Qeyd edək ki, Netanyahunun məhkəməsi də təhlükəsizlik baxımından Təl-Əvivdə məhkəmə binasının zirzəmisində yerləşən təhlükəsiz zalda keçirilir.