Netanyahunun məhkəməsi davam etməyə başladı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğal altındakı Fələstində keçirilən seçkilərlə əlaqədar yaranmış iki aylıq fasilədən sonra İsrailin baş naziri Benyamin Netanyahunun korrupsiya işlərinə dair ilkin dinləmələr prosesi bazar ertəsi yenidən başlayıb.
İsrail Baş nazirinin İşğal olunmuş Qüds məhkəməsindəki korrupsiya ittihamlarının ilkin iclasının davam etməsilə Netanyahu üçüncü dəfə şəxsən məhkəmə iclasına çıxıb.
Sionist rejimin Baş naziri sonuncu dəfə Fevral ayının 8-də məhkəməyə gəlmiş və ortaqları ilə birlikdə ona qarşı olan bütün korrupsiya ittihamlarını rədd etmişdi.
Ancaq iki həftə əvvəl rejimin müdafiə naziri Benni Qantz, Netanyahunun baş prokuroru ixrac edərək məhkəmədən yayınmaq niyyətində olduğunu xəbərdarlıq bildirmişdi.