Netanyahunun Nyu-Yorka səfəri ləğv oluna bilər

Netanyahunun Nyu-Yorka səfəri ləğv oluna bilər

Sionist rejimin BMT-dəki nümayəndəsi baş nazirin ABŞ-a planlaşdırdığı səfərinin qısaltma və yaxud ləğv edilmə ehtimalından xəbər verib.

İRNA-nın bu günkü (21 sentyabr) xəbərinə əsasən, Denni Denon Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə verdiyi müsahibədə səfərin təxirə salınma ehtimalı və sionist rejimdə daxili hadisələrin Netanyahunun səfər planına təsir edə biləcəyini deyib.

Qeyd edək ki, Netanyahu çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış etmək üçün Nyu Yorka getməli idi.

Danen, həmçinin Netanyahunun gələn həftə səfərinin ləğvi ehtimalını gündəmə gətirərək deyib: Onun gəlib-gəlməyəcəyi tezliklə məlum olacaq.

Bəzi media vasitələri Netanyahunun Nyu Yorka səfərinin sadəcə bir gün olacağından xəbər vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 15 =