Netanyahunun populizmi: İsrailin xarici siyasətinə nəzərdən qaçmış izah – Məqalə

Netanyahunun populizmi: İsrailin xarici siyasətinə nəzərdən qaçmış izah – Məqalə

Məqalə İsrailin Baş naziri Benyamin Netanyahunun xarici siyasətinin məqsədəuyğun olduğunu əsaslandırarkən yol verdiyi populizminə həsr edilib.

İran kontekstində burada maraqlı olan nədir:

– Netanyahu İran obrazını ekzistensial bir təhlükə kimi irəli sürür. Siyasətçi Tehranın yalnız yəhudi dövləti üçün deyil, bütün dünya üçün təhlükə yaratdığını göstərməyə çalışır. Netanyahu çıxışlarında dünyadakı “xeyir üçün güc” olan “hamunist” və “mərhəmətli” İsrail dövlətini İran və müttəfiqlərinin təmsil etdiyi “qanla yoğrulmuş” terror qüvvələri ilə qarşı-qarşıya qoyur.

– Netanyahu dəfələrlə İranı yeni bir Holokost hazırlamaqda ittiham edib. Bu üsulu seçicilərin və beynəlxalq ictimaiyyətin rəğbətini qazanmaq üçün istifadə edir. Netanyahu özünü yəhudi millətini yeni bir Holokostdan xilas etmək üçün seçilmiş “məsih obrazı” kimi təqdim etməyə çalışır.

– Netanyahu İsraildə ekzistensial bir çaxnaşma mühiti yaratmaq üçün Holokost məsələsinə fəal şəkildə müraciət edir. İlk növbədə İran və onun nüvə proqramı müvafiq bir təhlükə kimi təqdim olunur. 2015-ci ildə ABŞ Konqresinə öz müraciətində İranın da nasistlər kimi təkcə yəhudilər üçün deyil, bütün dünya üçün ciddi bir təhlükə yaratdığını bildirmişdi.

– Baş nazir Netanyahu İsraildə insan haqlarının pozulmasına İranın və ya digər müsəlman ölkələrin bu barədə daha pis işlər gördüyünə işarə edərək, haqq qazandırır.

– Netanyahu beynəlxalq ictimaiyyətin üzvlərini İsrailin İrana hücum etməsini qadağan edən “əxlaqsızlıqlarına” görə də tənqid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 4 =