Netanyahunun son açıqlamalarına HƏMAS cavab verdi

Netanyahunun son açıqlamalarına HƏMAS cavab verdi

Həmas siyasi bürosunun üzvü sionist rejim baş nazirinin bəyanatlarına reaksiya verib.

İRNA-nın verdiyi məlumata görə, HƏMAS hərəkatının siyasi bürosunun üzvü İzzət Ər-Rişq bu gün (24 iyun) deyib: Cinayətkar Netanyahunun son bəyanatları sadəcə atəşkəs və girov mübadiləsi barədədir və məhbuslar haqqında heç bir məqama işarə olunmayıb.

İzzət Ər-Rişq əlavə edib: Birinci məqam ondan ibarətdir ki, Netanyahunun real mövqeyi razılığa gəlmək, zaman qazanmaq və soyqırım müharibəsini davam etdirməkdir.

İkincisi, Netanyahunun Baydenin çıxışında deyilənləri və Təhlükəsizlik Şurasının son qətnaməsini rədd edən və onun həyata keçirilməsi yolunda maneələr yaradan HƏMAS hərəkatının olmadığı bütün dünyaya aşkar olub.

Üçüncüsü, Netanyahunun qismən razılıq əldə etmək və təcavüzü davam etdirmək haqqında bəyanatının məhbus ailələrinə yalan danışdığını sübut edir.

Dördüncü, indi top Netanyahunun meydanındadır və Amerika hökuməti bu soyqırım müharibəsini dayandırmaq üçün qərəzlilik maskasını götürməli və onun kabinetinə təzyiq göstərməlidir.

İzzət Ər-Rişq həmçinin beşinci məqamı qeyd edərək deyib: Təcavüzün daimi dayandırılmasına, Qəzzadan tam çıxarılmasına zəmanət verən razılaşmanın əldə edilməsi məqsədi ilə Qətər və Misir vasitəçilərinin səyləri ilə bağlı HƏMAS hərəkatının müsbət mövqeyini bir daha vurğulayırıq.

Qeyd edək ki, Netanyahu dünən gecə (23 iyun) gecə girovların bir qisminin azad edilməsi üçün Həmasla qismən razılaşmaya hazır olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 7 =