Netanyahuya 45 sionistin ölümü ilə bağlı xəbərdarlıq edilib

Netanyahuya 45 sionistin ölümü ilə bağlı xəbərdarlıq edilib

Sionist rejimin rəsmi istintaq komitəsi keçmiş baş nazir Binyamin Netanyahuya bu rejimin tarixində 45 sionistin ölümünə səbəb olan ən dəhşətli hadisələrdən biri ilə bağlı xəbərdarlıq edib.

Əl-Nəşrə saytının məlumatına görə, sionist rejimin rəsmi istintaq komitəsi keçmiş baş nazir Binyamin Netanyahuya bu rejimin tarixində 45 sionistin ölümünə səbəb olan ən dəhşətli hadisələrdən biri ilə bağlı xəbərdarlıq edib.

Keçən il minlərlə sionistin iştirak etdiyi işğal olunmuş ərazilərin şimalında yerləşən Cərmaq dağlıq bölgəsində dini mərasim zamanı iştirakçıların olduğu platformalar dağılmış, 45 nəfər həlak olmuş, 100-dən çox insan isə yaralanmışdı.

Sionist rejimin bu hadisəyə səbəb olan amilləri müəyyən etmək üçün bir il əvvəl yaradılmış rəsmi istintaq komitəsi Benyamin Netanyahu və sionist polisin yüksək vəzifəli məmuruna xəbərdarlıq edib.

İşğal olunmuş ərazilərdə baş verən ən dəhşətli hadisələrdən biri ilə bağlı yaradılmış bu komitənin araşdırmasının nəticələrinə əsasən, Netanyahu və bu təhlükəsizlik rəsmisi bu dini mərasimdə platformaların dağılmasında rol oynayıblar və cavab verməlidirlər.

Bu komitə hesabatında o zaman baş nazir olan Netanyahunun mərasimdə iştirak edənlərin təhlükəsizliyini və sağlamlığını qorumaq üçün lazımi tədbirlər görmədiyini və bu məsələdə üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bildirib.

Qeyd edək ki, sionist rejimin yeni parlament seçkiləri iki aydan sonra (1 noyabr 2022-ci il) keçiriləcək və Netanyahu baş nazirlik postundan bir il yarım uzaqlaşdıqdan sonra bu vəzifəni rəqiblərindən geri almağa ümid edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + fourteen =