Netanyahuya qarşı 160 min nəfərin kütləvi nümayişi – Foto
Ötən axşam yüz minlərlə etirazçı ardıcıl səkkizinci həftədir ki, işğal olunmuş ərazilərdə Netanyahu və onun ekstremist kabinetinə etiraz ediblər.
Mehr Xəbər Agentliyinin məlumatına görə, ötən gün axşam saatlarında Tel-Əviv, işğal olunmuş Qüds və işğal olunmuş ərazilərin digər şəhərlərində 160 minə yaxın etirazçı ardıcıl səkkizinci həftədir ki, küçələrə çıxaraq sionist rejimin baş naziri Benyamin Netanyahu və onun sağçı kabineti əleyhinə şüarlar səsləndiriblər.
İbrani mənbələri Tel-Əvivin mərkəzindəki bu nümayişdə etirazçıların çoxluğuna işarə edərək, Netanyahuya qarşı nümayişlə eyni vaxtda sionist polis tərəfindən bir sıra küçələrin bağlandığını elan ediblər.
Tel-Əvivdə, işğal olunmuş Qüdsdə və Hayfada bu etirazların dərc olunan görüntüləri də onun əhatə dairəsinin genişliyindən xəbər verir.
Son həftələrdə məhkəmə islahatlarını təsdiqləməklə Netanyahu baş nazirlik müddəti bitməmiş sionist rejimin Ali Məhkəməsi tərəfindən uzaqlaşdırılmaq kabusundan qurtulmağa çalışıb.