Neyroşəbəkə DNT-nin deşifrə edilməsi üzrə rekorda imza atdı

Neyroşəbəkə DNT-nin deşifrə edilməsi üzrə rekorda imza atdı

Stenford Tibb Məktəbinin (ABŞ) alimləri insan genomunun deşifrə edilməsi üzrə yeni dünya rekordu müəyyənləşdiriblər.

Araşdırma “The New England Journal of Medicine” nəşrində dərc olunub.

Amerikalı alimlər genom ardıcıllığını beş saat iki dəqiqəyə başa çatdıra biliblər. Nailiyyət “DNT ardıcıllığı – biopolimerlərin amin turşusu və ya nukleotid ardıcıllığının müəyyənləşdirilməsi” kateqoriyasında “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Tədqiqatçılar işlərində yeni metodlardan və xüsusi hazırlanmış neyron şəbəkəsindən istifadə ediblər.

Tədqiqat zamanı alimlər qrupu yerli klinikaların reanimasiya şöbələrində diaqnoz qoyulmamış xəstələrdə sürətləndirilmiş genom ardıcıllığı üsulunu sınaqdan keçirib. Təcrübə çərçivəsində 12 xəstənin genomları tədqiq edilib.

Alimlər hesab edirlər ki, sürətləndirilmiş ardıcıllıq xəstələrə daha tez diaqnoz qoyulmasına və müalicəyə başlamağa imkan verəcək.

Qeyd edək ki, əvvəlki rekord genom ardıcıllığı prosesini 14 saat ərzində tamamlayan Redi Uşaq İnstitutuna məxsus idi.

Mənbə: lenta.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 7 =