Niderland polisi 8 ton kokain ələ keçirib

Niderland polisi 8 ton kokain ələ keçirib

Niderland polisi Antverpen limanında 8 ton kokain olan konteyneri ələ keçirib.

APA-nın xəbərinə görə, məsələ ilə bağlı 4 nəfər saxlanılıb. Narkotik vasitələr banan qutularının arasında gizlədilib.

Narkotik vasitə daşıyanları Ekvador polisi iləı birgə əməliyyat nəticəsində saxlamaq mümkün olub. Bir neçə gün əvvəl daha bir böyük partiya Niderlanda gətirildiyi barədə məlumat olsa da, polis heç bir tədbir görməyib. Bu da cinayətkar qrupun daha da həvəslənməsinə səbəb olub.

Ekspertlərin hesablamasına görə, bu dəfə müsadirə olunan narkotiklərin dəyəri 200 milyon avrodur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − thirteen =