Niderland Rusiyanın 200 milyon avroluq aktivlərini dondurub

Niderland Rusiyanın 200 milyon avroluq aktivlərini dondurub

Niderland hakimiyyəti Rusiyanın bu ölkədə olan 200 milyon avrodan çox aktivlərini dondurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Niderlandın Mərkəzi Bankının rəhbəri Klaas Knot açıqlama verib.

“Aİ-nin Rusiyaya qarşı ilk sanksiyalar paketi fevralın 24-də qəbul edilib. Deyə bilərəm ki, bu müddət ərzində biz 200 milyon avrodan çox vəsaiti dondurmuşuq. Bu məbləğin artacağı istisna deyil” – Knot bildirib.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 2 =