Niderland vətəndaşları Xorvatiyada təyyarə qəzasında həlak olub

Niderland vətəndaşları Xorvatiyada təyyarə qəzasında həlak olub

Xorvatiyanın şimal-qərbindəki dağlıq bölgədə göyərtəsində Niderlandın üç vətəndaşının olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Müstəntiqlərin məlumatına görə, qəza Oqulin şəhəri yaxınlığındakı meşədə, Maribordan Sloveniyaya, Xorvatiya sahillərindəki Pula şəhərinə uçan təyyarənin radarlardan itməsindən sonra baş verib.

Baş aviasiya müfəttişi Danko Petrin jurnalistlərə bildirib ki, təyyarədə olan bütün sərnişinlər həlak olub.

“Bizə DNT analizi lazım olacaq, çünki qəza yeri elədir ki, insanların dəqiq sayını vizual olaraq təyin edə bilmirik”, – Petrin deyib.

Niderlandın Xarici İşlər Nazirliyinin sözçüsü Felisiya Bakker bildirib ki, qəza nəticəsində ölkənin 3 vətəndaşı həlak olub.

Xorvatiyalı müstəntiqlərin sözlərinə görə, qəzanın səbəbi hələ məlum deyil, araşdırmalara başlanılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 20 =