Niderlandda Reyn çayında suyun səviyyəsi rekord aşağı həddə yaxınlaşıb

Niderlandda Reyn çayında suyun səviyyəsi rekord aşağı həddə yaxınlaşıb

Reyn çayının Niderland ərazisindəki hissəsində suyun səviyyəsi rekord aşağı həddə yaxınlaşıb.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi “Twitter” səhifəsində bildirilib.

“Niderland ərazisində Reyn çayında suyun səviyyəsi tarixin ən aşağı səviyyəsinə yaxınlaşıb. Avropanın “Kopernikus” peyk sistemindən alınan heyrətamiz görüntülər çayın vəziyyətini göstərir. Quraqlıq və yanğınlar Avropada iqlim dəyişikliyinin ən çox görünən nəticəsidir. Yaşıl keçidimiz bu problemi kökündən həll etməyə imkan verəcək”, – deyə açıqlamada bildirilir.

Avropa Komissiyasının məlumatına görə, Aİ-nin demək olar ki, 50%-i bu yay quraqlıqdan təsirlənir ki, bu da xüsusilə məhsulun 10-15%-nin itkisinə səbəb ola bilər. İstilik və su çatışmazlığı Avropada da böyük meşə yanğınlarına səbəb olub.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − five =